Kanada da rus məmurlarına sanksiya tətbiq etdi
Kanada 7 rusiyalı və 3 krımlı məsul məmura qarşı sanksiya tətbiq edib.
Artıq qadağaya məruz qalan həmin şəxslərin adları Kanada hökumətinin rəsmi saytında yerləşdirilib.
Siyahıya Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin, prezidentin məsləhətçisi Sergey Qlazyevin, Putinin köməkçisi Vladislav Surkovun, Federal Şuranın spikeri Valentina Matviyenkonun, senator Andrey Klişasın, deputatlar Yelena Mizulina və Leonid Sluçkinin adları daxil edilib.
Bundan başqa, siyahıda Krımın Baş naziri Sergey Aksyonov, Krım Ali Radasının sədri Vladimir Konstantinovun və “Ukraynanın seçmi” İctimai Birliyinin lideri, prezident Vladimir Putinin dostu Viktor Medvedçukun da adları var.
Kanada Baş naziri Stiven Xarperin sözlərinə görə, məhz sözügedən şəxslər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zərbə vurub.
Xatırladaq ki, sanksiyalar həmin şəxslərin Kanadaya girişini qadağan edir.
axar.az