!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanada portalında Fransa Senatının ədalətsiz qərarını pisləyən məqalə dərc olundu

!Reklam – Yazi

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycana deyil, İrana qarşı sanksiyalar tətbiq etməlidir” sərlövhəli məqalə dərc olunub.

Yenicag.az xəbər verir ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum sənədlə bağlı rusiyalı analitik İqor Korotçenkonun Fransa Senatının adının dəyişdirilərək Fransa Erməni Diasporu Senatı adlandırılmasının zəruriliyinə dair fikirləri yer alıb: “Pulun qoxusu olmur. Görünür, səs verən senatorların hər biri bu tezisi rəhbər tutub. Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərə məsləhətçi işləyirlər. Sarkozinin nümunəsinə baxın. O, prezident kimi Liviyadan rüşvət alıb. Bəs Makron?”

Məqalədə “Ev Kilsəsi Hərəkatı”nın iranlı xristian lideri, keşiş Səid Abedinə də istinad edilib: “Mən İranda insan haqlarının vəziyyəti ilə bağlı Qərbin yürütdüyü siyasətdən çox məyus oldum. Ötən il inqilaba çevrilən qanlı küçə etirazlarında 2000-dən çox insan ürəyindən və başından güllələndi. Onlar əsasən azyaşlılar və bakirə qızlar idi. 20 mindən çox insan, o cümlədən əmim oğlu Məhəmməd və Nazarin həbs olunub, onların hamısı dəhşətli fiziki, emosional və cinsi işgəncələrə məruz qalıb. Onlardan bəziləri haqqında ölüm hökmü bu məqaləni oxuduğunuz vaxta qədər artıq yerinə yetiriləcək. Digərləri həftələrlə təcavüzə məruz qalıblar. Lakin Qərb bunu şifahi şəkildə pisləsə də, heç vaxt tədbir görmür”.

İsrailli politoloq həmçinin qeyd edib ki, Avropanın Ukraynadakı müharibənin yaratdığı qaz çatışmazlığını həll etməli olduğu, Azərbaycan qazının və neftinin bu problemin həlli üçün əlverişli variant olduğu bir vaxtda Fransa Senatı plüralizmə, multikulturalizmə və qadın hüquqlarına dəyər verən Azərbaycana deyil, nüvə proqramını reallaşdıran və müntəzəm olaraq “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirən İrana qarşı əlavə sanksiyaların tətbiqinə səs verməli idi. Məqalədə Fransa parlamentinin qadınların fransız dəyəri olan Qərb libası geymək hüququ tələb etdikləri üçün öldürüldüyü, insan haqlarının vəziyyətinin hər gün pisləşdiyi İrana qarşı tədbir görmək əvəzinə, qadınların istədikləri kimi geyinməkdə azad olduğu bir ölkə olan Azərbaycana sanksiya tətbiq etmək qərarının əsaslı etiraz doğurduğu vurğulanıb.

Müxtəlif fikirlərin yer aldığı məqalədə yekun qənaətə gəlinib ki, Fransa Azərbaycan kimi sülhsevər bir ölkəni təqib etmək əvəzinə, bütün səylərini İran İslam Respublikasına qarşı yönəltməlidir. Dünya Tehrandakı mollalara qarşı birləşməli, Azərbaycanı və bu dəhşətli rejimə qarşı mübarizənin önündə gedən digər ölkələri gücləndirməli, onları zəiflətməməlidir. Müəllif, həmçinin Fransa Senatının qəbul etdiyi qətnaməyə erməni diasporunun Fransanın milli maraqlarına vurduğu zərər kimi xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb./Report/

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv