Karantin qaydalarını pozan toy sahibi cərimələndi

media-hightechnic-468x90

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayonun Qazma kəndində Sahib Məmmədova məxsus evin həyətyanı sahəsində təşkil edilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı Sahib Məmmədov inzibati məsuliyyətə cəlb edilib və 400 manat cərimələnib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600