Karantini pozub məclis təşkil etdi - Qonaqları da cərimələndi - FOTO

media-hightechnic-468x90

Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olunublar.

media-banner_tuq

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində “Covid19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05