Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, “general-mayor” rütbəsi alan şəxslərdən biri də polkovnik Fərid Əlibaba oğlu Əliyevdir.
Belə ki, Fərid Əliyev 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi gömrük xidmətində çalışıb. O, bu ilin yanvar ayında tutduğu vəzifəsindən ayrılıb.
Həmçinin, o, 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Onun 36 yaşı var./unikal
www.yenicag.az