Keçmiş məcburi köçkünlərə “çörək pulu”nun verilişi dayandırılıb? - AÇIQLAMA / VİDEO

media-hightechnic-468x90

Məcburi köçkünlərin fevral ayına olan müavinətləri hələ də ödənilməyib.

Sosial şəbəkə istifadəçiləri də ötən gündən başlayaraq məcburi köçkünlərə verilən vahid aylıq müavinətin dayandırılacağı ilə bağlı iddialar paylaşırlar.

Məsələyə aydınlıq gətirmək üçün araşdırma aparan “Xəzər Xəbər” məcburi köçkünlərin bankomatların önündən əliboş ayrıldıqlarını aşkarlayıb.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, müavinətin dayandırılması ilə bağlı yayılan iddialar yanlışdır.

Maliyyə Nazirliyindən də bildirilib ki, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.

Ətraflı süjetdə:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa