Kədərə bürünmüş doğum günü…

media-hightechnic-468x90

Erməni girovluğundan canını qurtarmış Azərbaycanlı qızının harayı dünya birliyini lərzəyə gətirməyə yetsə də, görünür talehsiz qismətini heç cür susdurmağı bacarmadı… Buzovna Telefon Qovşağının binasında bir gözlü odada məskunlaşan Dürdanə Ağayeva bircə balası və başına gələn bütün zülmləri sinəyə çəkib ona ömür-gün yoldaşı olan İlham bəylə xoşbəxt olmaq üçün yaddaşını gah ağ kağıza həkk edir, gah naləsini, harayını dünyaya çatdırmaq üçün çırpınırdı. Amma bu çırpınışı belə, bu acımasız həyat ona çox gördü. Erməni vandallarının caynağından öz qardaşını qoparmağı belə bacaran cəsarətli qadın, Xocalı zülmündən sonra ilk dəfə bütün varlığı ilə arxalandığı bir dağ qədər böyük, lakin uşaq qəlbi qədər saf və mərhəmətli ürəyə sahib bir insan oğlu insanla ömür sürdüyü üçün xoşbəxt idi. Lakin Dürdanənin bu xoşbəxtliyi belə uzun çəkmədi… Həyat hər tərəfli sınadı Dürdanəni.

Bu gün Dürdanə Ağayeva bircə balası ilə tənha qadındır. Talehin kələyinə bax ki, həyat yoldaşının son cümə axşamısında, yas süfrəsində Dürdanə Ağayeva öz doğum gününü qarşıladı. Yaşının üstünə bir yaş gəlsə də, qəlbinə bir yaş qədər dərd də, yükləndi. Taleyin qismətinə bax ki, hər kəs doğum günü süfrəsində tort kəsdiyi halda, Dürdanə həyat yoldaşının ehsan halvasını yeməli oldu.

Saçına dən düşüb, gözləri qəmgin olsa da, belə, biixtiyarsız təbəssümlə bircə balasının göz yaşlarını dindirdikcə, ürəyi qan ağlayırdı o mərd qadının.

Bir yas süfrəsində 45 yaşına qədəm qoyan görən varmıdır? Nə üçün kədərlər kədər dalınca, yüklənir Dürdanənin çiyinlərinə? Axı 25 ildir o, Xocalı zülmünün kədər yükünü, qəlbinə yükləyib susurdu səssiz. İndi atasız qızına baxarkən o qəlb susarmı?

Sözdə arxa duran, kömək edən olsa da, əmələ gəlincə heç kəs tapılmır. ATS-in binasında məskunlaşan erməni zülmündən dönmüş girovumuzun bircə balası ilə məskunlaşmasına könül razı olarmı? Vicdan razı olarmı?.. Bəs niyə razıdır, bəs niyə susurlar sual burdadır…

Ad günün mübarək Ey Vətən qızı!

Yas süfrəsində, doğum günündə əhdim budur ki, 3-4 evi olanların qəlbinə Allah mərhəmət salsın. Tezliklə səni də, biz öz evində hüznlə deyil, sevinclə doğum gününü qarşılamağı arzu edirik!

Ü. Musazadə

QEYD: Ülkər xanımın bu kədərli ad günü mesajına Aqil Ələsgər və Yeniçağ.Az kollektivi də qoşulur. İnanırıq ki, Xocalının mərd qızı Dürdanə xanımın səsini sonunda müvafiq qurumlar duyacaqlar.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600