Kəlbəcərin prokurorundan Prezidentə şikayət edildi

media-hightechnic-468x90

326Kəlbəcər rayonundan məcburi köçkün İlham Məmmədov bununla bir neçə dəfədir ki, saytımıza müraciət edərək probleminin işıqlandırılmasını və müvafiq instansiyalara çatdırılmasını xahiş edir. Biz də onun xahişini yerinə yetiririk və bəri başdan Kəlbəcər rayon prokurorunun və polis şöbəsi rəisinin də fikirlərinə yer ayırmağa hazır olduğumuzu bildiririk:

“Hörmətli Redaksiya, Kəlbəcər Rayon Prokurorunun qanunazidd hərəkətləri barədə sizə ünvanlanmış müraciətlərimi saytınızda yayımladığınıza görə öz minnətdarlığımı bildirirəm.
Hazırda ibtidai araşdırmaya prosessual rəhəbrliyi həyata keçirən Kəlbəcər rayon prokuroru Ariz Əliyev və Kəlbəcər rayon Polis Şöbəsinin müstəntiqi Əyyub Ələsgərov cütlüyü özlərinə xas üsullardan isdifadə edərək yeni istintaq hərəkətlərinin aparılması üçün anlaşılmaz metodlar kəşf ediblər. Belə ki, prokuror və müstəntiq tərəfindən zərərçəkmiş şəxsə birbaşa təzyiqlər edilərək özlərinin maraqları naminə təqsirləndirilən şəxsin xeyrinə ifadə alırlar. Bu barədə təqsirləndirilən şəxsin valideynlərinin prokuror və müstəntiqlə zərərçəkmiş şəxsə qarşı edilmiş təzyiqləri sübut edən səs yazıları məndə var. Konsitutsiyanın 32- ci maddəsinin 5-ci bəndinə, eləcə də CPM-nin 125.1.-ci maddəsinə əsasən məndə olan səs yazılarına görə mən məsuliyyət daşımıram. Prokuror və müstəntiq bilməlidilər ki, apardıqları istintaqda, qanun normasının hərfi mənasına görə yox, faktiki vəziyyətinə uyğun yanaşmalı, çıxarılacaq qərar qanuni olmaqla bərabər, həm də ədalətli olmalıdır. Prosessual rəhbərliyi həyata keçirən prokuror və müstəntiq bilməlidir ki apardıqları istintaq, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir.

Öncəki müracətlərimdə mən bildirmişdim ki , Kəlbəcər rayon Prokuroru qanunazidd hərəkət edərək öz maraqları naminə öz əlaltıları ilə məni ağır və ya xüsusi ilə ağır cinayətlərdə ittiham etdirməklə məni ölümlə hədələtdirir. Yuxarıda qeyd etdiyim faktlar birbaşa sübut edir ki, həqiqətən Kəlbəcər rayon prokuroru Ariz Əliyev prosessual hərəkətləri pozaraq öz maraqları naminə işləyir.
Hörmətli redaksiya, sizdən xahiş edirəm ki , mənim haqq səsimi Hörmətli Prezidentimizə, eləcə də hörmətli baş prokurorumuza çatırılmasında yardımçı olasınız.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600