Kəmaləddin Heydərov Naxçıvana nazir təyin edilmiş şəxsin vəzifələrini kimə tapşırıb?

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb. 

Yenicag.az xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa