Kərim məşhurluğun SİRRİNİ AÇDI: "Milyonlar tökməklə deyil, gərək..."
“Bu sənətə milyonlar tökməklə deyil, gərək bəxtin də gətirə…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “İbo şou” verilişində deyib.
Müğənni bu sənətdə uğurlu olmağın əsas şərtlərini açıqlayıb:
“Elə adamların adını çəkərəm ki, heç tanımazsınız. Hansı ki, bu sənətə milyonlar tökdülər, amma qala bilmədilər. Düşünürdülər ki, pul qoyub sənətdə istədiyimi edəcəm, tanınacam və sonra pul qazanacam, amma belə olmadı. Çünki vəsaiti düzgün yerə yönləndirmədilər. Həm də bu sənətdə gərək insanın bəxti, naxışı ola. Elə adam var ki, səsi möhtəşəmdir, məndən də yaxşı oxuyur, amma naxışı yoxdur. Yəni təkcə səs də əsas deyil. Lap beş oktava səsin olsun, fərq etməz. Gərək müğənnidə diksiya, görünüş olsun və o, özünü təqdim etməyi bacarsın”.
Nehru













