Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Bu barədə Yenicag.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 70 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kərimova finala yüksəlib.
Bu gün yarışa qoşulan paracüdoçulardan Kənan Abdullaxanlı (100 kq) mübarizəni erkən dayandırıb.
Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
O, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.
www.yenicag.az