Kərtənkələ və ilanların 167 milyon il əvvəl yaşamış əcdadı tapıldı

media-hightechnic-468x90

Böyük Britaniyanın Skay adasında aparılan qazıntılar zamanı elm aləminə məlum olmayan qədim sürünən fosili aşkar edilib.

Yenicag.az xəbər verir ki, beynəlxalq araşdırma qrupunun müəyyən etdiyi bu yeni növ təxminən 167 milyon il əvvəl — Yura dövründə yaşayıb.

Ona tapıldığı bölgəyə istinadən, qal dilində “Elqolun saxta ilanı” mənasını verən “Breugnathair elgolensis” adı verilib.

Tapıntının özəlliyi ondadır ki, sürünənin ilanlara bənzər çənəsi və bükülmüş iti dişləri var, lakin ayaqları və bədən quruluşu kərtənkələ ilə eynidir. Bu xüsusiyyətlər onun həm ilanların, həm də kərtənkələlərin ən qədim əcdadlarından biri ola biləcəyini göstərir.

Fosil Şotlandiya Milli Muzeylərinin kolleksiyasına daxil edilib. Araşdırmanın müəlliflərindən amerikalı paleontoloq Rocer Benson bildirib ki, bu kəşf ilanların mənşəyi ilə bağlı mövcud nəzəriyyələrə yeni işıq salır:

“İlanlar kərtənkələ bənzər əcdadlardan təkamül edərək uzun və ayaqsız bədənlərə çevrilib. “Breugnathair2 isə bəzi xüsusiyyətləri ilə son dərəcə ilkin quruluşa sahibdir”.

Yeni növün kəşfi ilan və kərtənkələlərin təkamülü ilə bağlı təsəvvürləri yenidən nəzərdən keçirməyə imkan verir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa