Bakıdakı bu bağçada uşaqlara işgəncə verilir? - AÇIQLAMA + VİDEO

media-hightechnic-468x90

Bağçanın özəl bağça olduğu və Yasamal rayonu ərazisində yerləşdiyi məlum olub.

media-banner_tuq

Özəl bağçanın adı “Kids Studio”dur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı bağçadan bildirilib ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb:

“Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb”.

***

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.

Yenicag.az-ın məlumatına görə, video müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Kadrlarda da açıq-aydın görünür ki, bağçada hər gün uşaqlara dözülməz zülm yaşadılır.

Həmçinin bildirilir ki, bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!/Azxeber.com/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05