Kitabxana əməkdaşları üçün  növbəti təlim Gəncədə təşkil olunacaq

media-hightechnic-468x90

 

    

Cari ilin 10  aprel tarixində Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yeni tədris modulları əsasında növbəti təlim təşkil olunacaq.

Gəncə şəhəri və ətraf rayonları əhatə edəcək təlim kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və  rəqəmsal resurslardan istifadəsini təmin edəcək.

Təlimdə “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlar nəzərdə tutulub. 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa