Sabah FİFA Konfederasiyalar Kubokuna start veriləcək.
Yenicag.az xəbər verir ki, Rusiyada keçiriləcək beynəlxalq turnirdə 8 komanda iki qrupda mübarizə aparacaq.
Turun açılış matçı Rusiya və Yeni Zelandiya milliləri arasında baş tutacaq. Vilmar Roldanın idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Qeyd edək ki, sözügedən turnirdə şimal qonşumuzla yanaşı, son dünya çempionu Almaniya, Avropa çempionu Portuqaliya, Asiya kubokunun qalibi Avstraliya, Amerika kubokunun birincisi Çili, KONKAKAF-ın qalibi Meksika, Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya və Afrika Millətlər Kubokunun sahibi Kamerun da mübarizə aparacaq.
FİFA Konfederasiyalar Kuboku – 2017
A qrupu
17 iyun
19:00. Rusiya – Yeni Zelandiya
18 iyun
19:00. Portuqaliya – Meksika
21 iyun
19:00. Rusiya – Portuqaliya
22:00. Meksika – Yeni Zelandiya
24 iyun
19:00. Meksika – Rusiya
19:00. Yeni Zelandiya – Portuqaliya
B qrupu
18 iyun
22:00. Kamerun – Çili
19 iyun
19:00. Avstraliya – Almaniya
22 iyun
19:00. Kamerun – Avstraliya
22:00. Almaniya – Çili
25 iyun
19:00. Almaniya – Kamerun
19:00. Çili – Avstraliya
Yarımfinal
28 iyun
1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi
29 iyun
2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi
3-cü yer uğrunda
2 iyul
16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu
FİNAL
2 iyul
22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
www.yenicag.az