Əməkdar artist Könül Kərimova sosial şəbəkədə ona yazılan şərhləri oxumadığını deyib.
Yencag.az xəbər verir ki, sənətçi sosial şəbəkə paylaşımlarına gələn şərhləri də silmədiyini bildirib:
“Həddən artıq dəxilsiz şeylər yazırlar. İnanın, heç birini də oxumuram. Çünki oxuyub, əsəbiləşmək istəmirəm. Amma o şərhləri silmirəm, eləcə qalır. Nə yazırlar yazsınlar, heç vecimə də deyil. Yaxınlarıma da qadağan etmişəm ki, haqqımda yazılan pis fikirləri mənə çatdırmasınlar. Eşidəndə əsəbiləşirəm, çünki həssas insanam”.
Könül Kərimova bu sözləri Xəzər TV-nin “5\5” verilişində deyib.
Nehru