Kosmosda uzunmüddətli YAŞAYIŞ: Astronavtlar sidiklə qidalanacaqlar

media-hightechnic-468x90

Avropa Kosmik Agentliyi (AKA) gələcəkdə Ay və ya Marsda uzunmüddətli missiyalar həyata keçirəcək astronavtların “hava” və sidikdən istehsal olunan protein tozu ilə qidalana biləcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, AKA Beynəlxalq Kosmik Stansiyada (BKS) bu yeni kosmik qida növünün istehsalını sınaqdan keçirmək üçün layihəni maliyyələşdirəcək.

İstehsalı üçün yalnız mikrob, hava və elektrik tələb olunan solein adlı protein tozunun istehsal imkanları yeni pilot proqramda sınaqdan keçiriləcək.

Finlandiyalı startap “Solar Foods” tərəfindən hazırlanmış qidalandırıcı toz protein sintezində azot mənbəyi kimi istifadə edilən sidikdəki urea əsasında hazırlanır.

Qaz fermentasiya texnologiyasının əsasları ilk dəfə kosmik mühitdə tətbiq olunacaq və bu, astronavtların gələcək qidalanma rejimlərinə böyük təsir göstərə bilər.

“Solar Foods”un Kosmos və müdafiə üzrə vitse-prezidenti Arttu Luukanen proqramla bağlı: “Çəki­sizlik mühitində qazların və mayelərin davranışı solein mikrobları üçün qida və qazların daşınmasına böyük təsir göstərə bilən qaldırma qüvvəsinin olmaması səbəbindən tamamilə fərqlidir”, – deyə qeyd edib.

“Bu layihə sadəcə başlanğıcdır. Biz əməliyyat gücünə çatmaq üçün çalışırıq: kosmosda müxtəlif istehsal miqyasında solein istehsal edə bilmək. Vizyonumuz odur ki, 2035-ci ilə qədər solein kosmos tədqiqatçılarının əsas protein mənbəyi olsun”, – Luukanen əlavə edib.

“HOBI-WAN” layihəsinin ilk mərhələsi çəki­sizlik mühitində istehsal gücünü sınaqdan keçirməzdən əvvəl texnologiyanın yer üzündə inkişafına yönələcək.

AKA-nın baş kəşfiyyat alimi Angelike Van Ombergen isə bildirib ki, sözügedən layihə insanlı kosmik uçuşların davamlılığını və astronavtların rifahını yaxşılaşdırmağa imkan verəcək mühüm resursun inkişafını hədəfləyir.

“İnsanların Ayda uzunmüddətli missiyalar həyata keçirə bilməsi və hətta bir gün Marsa gedə bilməsi üçün məhdud resurslarla sağ qalmaq adına innovativ və davamlı həllər tələb olunacaq. Bu layihə ilə AKA olaraq kosmik tədqiqatların gələcəyi üçün son dərəcə vacib qabiliyyət inkişaf etdiririk”, – Ombergen deyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa