Kövrək koalisiyanın “iyrənc qanunu”: İsraildə ərəblərə qarşı edam hökmü nifrəti körükləyir – ŞƏRH

media-hightechnic-468x90

“İsrail parlamentinin (Knesset) fələstinli əsirlərə qarşı edam cəzasını bərpa etməsi açıq-aşkar irqçilikdir”.

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış politoloq Zeynal Əmrəliyev deyib.

media-zeynal-emreliyev

Politoloq İsrail parlamentinin fələstinli əsirlərlə bağlı qəbul etdiyi qalmaqallı qərarı geniş şərh edərək, bunun ağır nəticələrə yol açacağını bildirib:

“Bu qərar irqçilikdir. Çünki edam hökmünün öz millətinə tətbiq edilmədiyi halda, yalnız bir etnik qrupa ərəblərə qarşı yönəlməsi həm beynəlxalq hüququn, həm də fundamental insanlıq prinsiplərinin kobud şəkildə tapdanmasıdır. Artıq Avropanın bir çox ölkəsi bu qərara kəskin etirazını bildirib. Bu addım Netanyahu hökumətində təmsil olunan milliyyətçi-dindar kəsimin ifrat radikallığının göstəricisidir. Məlumdur ki, hazırkı hökumətin tərkibindəki radikal qruplaşmalar ərəblərə qarşı nifrəti sistematik şəkildə körükləyirlər”.

Z. Əmrəliyevin sözlərinə görə, bu qərar onsuz da gərgin olan İsrail-Fələstin münaqişəsini daha da alovlandıracaq:

“Bu addım İsrail üçün heç bir müsbət nəticə vəd etmir. Əksinə, Yaxın Şərqdəki vəziyyəti daha da dramatikləşdirəcək. Təəssüf ki, Benyamin Netanyahu hakimiyyətdə qalmaq üçün hüquqi və insani reallıqları nəzərə almayan radikal bir qrupun əlində oyuncağa çevrilib.

İsraildəki indiki koalisiya olduqca kövrəkdir. Hökumətin etimad qazanması üçün 61 deputatın dəstəyi mütləqdir, hazırda isə onları cəmi 64 deputat dəstəkləyir. Əgər koalisiyadan bir neçə nəfər geri çəkilərsə, hökumət dərhal çökəcək. Bu səbəbdən baş nazir hakimiyyətini qorumaq üçün radikalların hər bir istəyini yerinə yetirməyə məcburdur. Həmin qüvvələr isə vəziyyətdən istifadə edərək ən iyrənc qanunları təsdiqlətməyə çalışırlar. Bu, olduqca təhlükəli gedişdir və bölgənin qan gölünə çevrilməsinə xidmət edən bir addımdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05