Kreditlə aldığı heyvanlar yanaraq öldü-Foto

media-hightechnic-468x90

93282Dünən axşam saatlarında Salyan rayonunun mərkəzindən 16 kilometr aralıda yerləşən Yenikənd kəndi ərazisində qeydə yanğın baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, kənddə müvəqqəti məskunlaşan Kəlbəcərli məcburi köçkün İsmayıl Şükürova məxsus təsərrüfatda tövlə yanıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində hadisənin qarşısı alınıb. Ümumi sahəsi 390 kvadratmetr olan tövlənin 300 kvadratmetri yanaraq yararsız hala düşüb.

Hadisə zamanı tövlədə olan 40 başa yaxın iribuynuzlu heyvandan 14-ü tüstüdən boğularaq tələf olub, qalanları isə xilas edilib.

Bankların birindən 17 min manat kredit götürüb özünə təsərrüfat yaradan İsmayıl Şükürovun dediyinə görə, yanğın zamanı ona ümumilikdə 30 min manata yaxın ziyan dəyib. Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600