!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta bazarında növbəti çöküş: Bitkoin kəskin ucuzlaşır

!Reklam – Yazi

Bazarlar FED-in sabah açıqlayacağı faiz qərarını gözlədiyi halda, Bitkoin yenidən ucuzlaşaraq 21 080 dollara düşüb.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, FED-in 75 əsas bəndlik faiz artımı ehtimalı fonunda tənəzzül qorxusu artmaqda davam edir. Bu isə kriptovalyuta bazarına təsirsiz ötüşməyib.

Belə ki, Bitkoin gündəlik 4,3 faiz dəyər itirərək 21 080 dollara düşüb. Ethereum isə 8,3 faiz ucuzlaşaraq 1412 dollar olub.

Bu vəziyyəti şərh edən “Futurance” Xəzinədarlığı və Araşdırma müdiri Sercan Yıldırım qeyd edib ki, kriptovalyuta bazarındakı bu eniş investorların narahatlığına səbəb olub. Çünki sabah FED-in faiz qərarında yalnız məbləğ deyil, qərardan sonra veriləcək açıqlamalar da səbirsizliklə gözlənilir. FED-in verəcəyi qərarın inflyasiyaya necə təsir edəcəyi isə maraq doğuran aktual məsələlərdən biridir.

Gülşən Şərif

www.yenicag.az

556
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv