Külək maşını əzdi
Siyəzən rayonunda güclü külək baş verib. Külək Siyəzən rayonunun Şamil Bəxşiyev küçəində yerləşən evlərdən birinin dam örtüyünü uçurub
Dam örtüyü təxminən 150 metr kənarda Heydlər əliyev prospekti ilə üzü Bakı istiqamətinə doğru hərəkət edən “KİA” markalı avtomobilin üzərinə düşüb.
Dam örtüyü avtomobillə yanaşı iki elektrik dirəyinin naqillərini də yarasız hala salıb. Avtomobil yararsız hala düşsə də içəridə olan 3 sərnişin gözlənilməz hadisədən xəsarətsiz qurtula biliblər.
Hadisə ölümlə nəticələnməsə də, KİA-nın sürücüsü onun həyat faciəsinin bundan sonra yaşanacağını deyib. O, kreditlə götürdüyü avtomobilin borcunu banka ödəyib qurtarmamış maşınsız qaldı.
Hazırda güclü külək nəticəsində Siyəzən rayonunun mərkəzində elektrik enerijisinin verilişi kəsilib.
(anspress.com)