Kürdəmir sakininin meyiti aşkar edilib

media-hightechnic-468x90

gullen2Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib.

Kürdəmir Rayon Prokurorluğundan  verilən məlumata görə, martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Neman Budaqovun üzərində xəsarətlər olan meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra qətlin Neman Budaqovun öz həmkəndlisi tərəfindən törədildiyi müəyyən edilib. Belə ki, Axtaçı kənd sakini, 1992-ci il təvəllüdlü Toğrul Bağırov şəxsi münasibətlər zəmnində ov tüfəngindən atəş açaraq Neman Budaqovu qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır(trend).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa