Kürdəmirdə yanğın baş verdi

media-hightechnic-468x90

9bc18809b85c46561f577de41809e0b0Kürdəmir rayonunda ev yanıb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün günorta saat 13:00 radələrində Kürdəmir şəhərinin Tofiq İsmayılov, 12 ünvanında yerləşən evdə baş verib.

Rayon sakini Nəzər Həsənova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 1 otaq əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600