Lamiyə Ələkbərovaya yeni vəzifə verilməsi xəbəri doğrudur? - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Tanınmış teleaparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilməsi barədə məlumat yayılıb.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib.

O bildirib ki, L.Ələkbərova Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında direktor müavini vəzifəsinə təyin edilib və hazırda yeni layihələr üzərində çalışır.

Qeyd edək ki, Lamiyə Ələkbərova 1995-ci ildən 2006-ci ilədək AzTV-də çalışıb. O, daha sonra 11 il Lider TV-də fəaliyyət göstərib.

Aparıcı 2 il İctimai televiziyada Musiqili-əyləncə və xüsusi proqramlar Departamentinin direktoru vəzifəsini icra edib.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600