Lavrov Azərbaycanın yeni səfiri ilə görüşdü

media-hightechnic-468x90

Oktyabrın 4-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşüb.

Yenicag.az Rusiyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Sergey Lavrov strateji tərəfdaş və müttəfiq olan dost dövlətin diplomatik missiyasının rəhbərini səmimiyyətlə qarşılayıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb, səfir etimadnaməsinin surətlərini ona təqdim edib.

“Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib. Qarşıdan gələn dövlətlərarası təmasların qrafiki nəzərdən keçirilib”, – deyə məlumatda bildirilib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600