!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lazım”la veyllənən “Ədalət”

!Reklam – Yazi

Azərbaycan 30 ilə yaxındır ki, onların gəlişini gözləyir.

26 il də belə ötdü. Əsrin dörddə biri geridə qalsa da, heç nə dəyişməyib.

1992-ci il fevralın 26-da Xocalıda ürəyimizə saplanan xəncərin ağrısı artıb ki, azalmayıb.

Bu ağrının azalması və təsirinin itməsi üçün heç bir “profilaktik tədbir” görmədik.

Şuşanı, daha sonra Dağlıq Qarabağ ətrafındakı 7 rayonu itirdik.

1994-cü ilin mayından bu yana isə sönmüş ocağın külü ilə baş qatırıq.

Xocalı ağrısı necə keçməlidir ki?

Bu dəhşətli soyqırımına məruz qalan, ərazi bütövlüyü pozulan sanki Azərbaycan deyil.

Özümüza dünyaya “konstruktiv” göstərmək üçün hər şeyi edirik. Etməli olduğumuzu – böyük savaşa başlamağımızı felin şərt formasında saxlamışıq – sözdən işə keçmirik.

Xocalı Soyqırımının 26-cı ildönümüdür.

Neçə gündür, sosial şəbəkələrdəki profillərimiz yenə “Xocalı” obrazlarına dönüşüb.

Azərbaycanda və qardaş Türkiyədə silsilə anım tədbirləri keçirilir.

Hər kəs “Xocalıya ədalət” tələb edir. Hər kəs deyərkən, yəni özümüz… Azərbaycan və Türkiyə….

Ədalətin bərpasını kimdən gözləyirik?

Xocalı Soyqırımına zəmin yaradanlardan? Azərbaycan ərazilərinin işğalına dəstək verənlərdən?

Sadəlövhlüyün də bir həddi olar… Özümüzü daha nə qədər aldatmalıyıq?

Xocalıya ədaləti Azərbaycan Ordusu gətirə bilər.

Xocalı qəzəbini ermənilərə eyni aqibəti təkrar-təkrar yaşatmaqla səngitmək olar.

Yoxsa, hər istəyənə Ədalət verilmir. Onu da azadlıq kimi, qan və qılıncla almaq mümkündür.

“Lazım gələrsə, alarıq”, – deyib gözləməyək.

“Lazım” nə özü gələcək, nə də “Ədalət”i buraxacaq…

Anlamaq bu qədər çətindir?

A. Zeynalov

COP29

www.yenicag.az

4383
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv