Lənkəranda bir ailə zəhərləndi

media-hightechnic-468x90

89540Lənkəranda ailəvi zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə rayonun Ürgə kəndində qeydə alınıb.Lənkəranın Ürgə kəndində Nəcəfovlar ailəsində şam yeməyindən sonra qəfildən uşaqların səhhəti pisləşib. Vəziyyəti belə görən valideynlər Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət ediblər. Zəhərlənmiş Elnur, Əkbər, Elnarə və Xanpəri Nəcəfovlar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib.

Xəstəxanaya qaytarma, ürəkbulanma, ishal ilə daxil olan uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra zəhərlənmənin daha ağır fəsadlarla nəticələnməsinin qarşısı alınıb.

Valideynlərin sözlərinə görə, yemək zamanı pomidor turşusundan istifadə ediblər. Ehtimal olunur ki, zəhərlənməyə məhz pomidor turşusu səbəb olub.

Lənkəran MRX-dan verilən məlumata görə, hazırda vəziyyətləri stabil olan uşaqlardan müvafiq analizlər götürülərək laboratoriya müayinəsinə göndərilib. Zəhərlənmənin dəqiq səbəbi müayinənin nəticəsindən sonra məlum olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600