Lənkəranda qanunsuz ov edən şəxslər saxlanıldılar

media-hightechnic-468x90

Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, digər ov alətləri və qanunsuz olaraq ovladıqları 63 ədəd çöl quşu aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Bizim Instagram səhifəmizə abunə olun

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa