Lionel Messi Liqa 1-də tarixə düşdü

media-hightechnic-468x90

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də tarixə düşüb.

Yenicag.az xəbər verir ki, 36 yaşlı hücumçu buna “Anje”yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur matçında nail olub.

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan təcrübəli forvard cari mövsüm 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçu adına sahib çıxıb. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.

Bundan əlavə, Messi 2006/2007 mövsümündən sonra Eden Azar və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçudur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa