"Lotu Quli"nin toyda rəqsi - VİDEO

media-hightechnic-468x90

Türkiyənin İstanbul şəhərində gürcü “qanuni oğru ” Nikolay Dqebuadzenin toy mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, 36 yaşlı kriminal avtoritetin şad günündə iştirak edənlər arasında “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov da olub.

3 gün öncə əyləncə məkanlarının birində baş tutan mərasimdə kriminal aləmin bir sıra üzvləri iştirak ediblər.

Qeyd edilir ki, Səlifov toydan bir gün sonra Dubaya yola düşüb.

Xatırladaq ki, bir müddət öncə “Lotu Quli”nin  Azərbaycana gəldiyi barədə xəbər yayılsa da, məlumat öz təsdiqini tapmamışdı.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600