”Mart ayı üçün bütün əmək haqları verilib”

media-hightechnic-468x90

lp“Azərsu” ASC-yə daxil olan idarə və təşkilatların mart ayı üçün bütün əmək haqları verilib”.

Bu sözləri  “Azərsu” ASC-nin mətbuat xidmətindən qurumun tabeliyində olan Bakı Birləşmiş Sukanal İdarəsinin işçilərinin maaşlarının verilməməsi barədə yayılan xəbərə münasibət bildirərkən dedilər. Qurumun mətbuat xidmətinin əməkdaşı qeyd etdi ki, mart ayının maaşları aprel ayında verilib:

“Xəbəri qurumun baş mühasibi ilə də dəqiqləşdirdik. Mühasibatdan bildirdilər ki, bütün maaşlar verilib. Əgər hansısa problem olsaydı, mühasibat bununla bağlı məlumat verərdi. Quruma daxil olan bütün idarələrin maaşları verilib. Ola bilməz ki, hansısa idarənin çalışanlarının əmək haqları verilsin, digər idarədə isə geciksin”.

Qeyd edək ki,  «Azərsu» ASC-də maaş böhranı yarandığı deyilir. Məlumata görə, qurumun tabeliyində olan Bakı Birləşmiş Sukanal İdarəsinin işçiləri mart ayının maaşını ala bilməyiblər(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600