Maryupolda yaralanan azərbaycanlı tapıldı
“Maryupolda yaralananların arasında həqiqətən də bir azərbaycanlı var. Bu, Asif Ələkbərovdur. Hazırda Maryupolda xəstəxanadadır”.
Bu barədə açıqlamanı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov verib.
H.Cavadov hazırda müalicə alan A.Ələkbərovla telefonla danışdıqlarını bildirib: “Şəxsən özüm telefonla danışdım. Dedi ki, vəziyyəti normaldır. Qrad atılanda qoluna qəlpə dəyib. Soruşdum ki, nə köməklik edək? Dedi hər şey var, nə lazım olsa xəbər edərəm. Həkimlər xəstələrə qayğı göstərərək yaxşı müalicə aparırlar”.
Qeyd edək ki, dünən UABD-nin diqqətini 93 nəfərlik siyahıda 88-ci adamın azərbaycanlı adı və soyadına çox bənzəyən bir nəfər cəlb edib: “Bu Ələkbərov Asif Roman oğludur (Aliqberov Asif Romanoviç, 30.06.1984 q.r., Mariupolğ, ul.Qonçarova). Bu adamla bağlı UABD-nin yerli bölmələri araşdırmalara başlamışdı(azadinform).