Masazırda partlayış təhlükəsi

media-hightechnic-468x90

61108Masazır qəsəbəsində bir neçə gündür təbii qaz verilişi dayandırılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, artıq 3 gündür ki, qəsəbəyə verilən təbii qaz tam kəsilib.

“Əvvəlcə təbii qazı ara-sıra kəsirdilər. Deyirdilər ki, guya qəza olub. Ona görə kəsilir. İndi birdəfəlik dayandırdılar. Artıq 3 gündür qəsəbəyə verilən təbii qaz tam dayandırılıb. Bunun səbəbini də deyən yoxdur”, – deyə Elşad Məmmədov adlı qəsəbə sakini şikayətində bildirib.

Məsələyə aydınlıq gətirmək üçün “Azəriqaz” QSC ilə əlaqə saxladıq. Qurumun rəsmisi İbrahim Kərbəlayev  açıqlamasında bildirib ki, təbii qazın verilişini əhalinin təhlükəsizliyini qorumaq məqsədilə dayandırıblar.

“Masazır qəsəbəsində yerin altından təbii qaz sızır. Mütəxəssislərimiz araşdırmalar aparıb. Yerin altından çıxan qazın mənşəyi məlum deyil. Çünki bizim qaz xətləri yerin üstü ilə gedir. Güclü partlayışın qarşısını almaq üçün əhaliyə verilən təbii qaz dayandırılıb. İndi də hadisə yerində mütəxəssislər işləyir. Problem həll olunandan sonra təbii qazın verilişi bərpa olunacaq”, – deyə İbrahim Kərbəlayev bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600