Yük maşını məmuru vurub öldürdü - Hacıqabulda

media-hightechnic-468x90

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 128-ci kilometrliyində, Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən, Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində ölən Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kənd Ərazi İcra Nümayəndəliyinin rəhbəridir.

Faktla bağlı cinayət işi başlanıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600