!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Maşın"da növbəti gecə bitdi - "Əsas odur ki, kişi kişinin əli ilə getdi"

!Reklam – Yazi

Aparıcı Murad Dadaşov “stop” deyərək, səsverməni dayandırıb. Tribunaya Məcidi dəvət edən Dadaşov aktyora gələn səsləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, Məcid Hüseynov 56,67 faiz səs toplayaraq şouda qalıb. Aktyor birdən-birə aşıq Namiqin adını çəkərək, onu oyundan çıxardıb. Namiq isə Məcidin bu qərarına sərt şəkildə cavab verib:

“Balamın ölmüşünə and vermisən ki, məni çıxatmayacaqsan. Sən gündüz mənə dedin ki, balam ölsün, səni çıxartmaram. Əsas odur ki, kişi kişinin əli ilə getdi”.

Aşığın bu çıxışı isə Məcidin xoşuna gəlməyib. Aktyorun Namiqə olan cavabı daha pis olub:

“Sən oyuna gələndən ağzının danışığını bilmədin”.

Beləliklə, aşıq Namiq Fərhadoğlu üçün maşın əldən getdi. Şou isə 10 iştirakçı ilə sabah 22:00-da qaldığı yerdən davam edəcək./Oxu.az/

www.yenicag.az

10195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv