Maşın beton maneəyə çırpıldı

media-hightechnic-468x90

publika.az1397292007qezaHacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)  verilən məlumata görə, hadisə ötən gecə Bakı-Qazax yolunun 132-ci kilometrliyində, rayonun Muğan kəndi ərazisində qeydə alınıb.

Şirvan şəhəri, S.Zeynalov küçəsi ev 5, mənzil 7 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Nəsibov Fariz Vahid oğlu “Ford Tranzit” markalı, 90 TL 413 dövlət nömrə nişanlı yük avtomobilinin idarəetməsini itirərək maşını beton maneəyə çırpıb. Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, Bakı şəhər Xətai rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Zamin Xalid oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600