McDonald`s hamburgerindən görün nə çıxdı – ŞOK FOTO

media-hightechnic-468x90

5Meksikanın Mexiko ştatının baş prokurorluğunun qərarı ilə ölkə paytaxtının həndəvərindəki Tlalnepantl qəsəbəsində yerləşən McDonald`s restoranı bağlanıb. Səbəb bu restoranda müştərilərə verilən hamburgerlərdən birinin içindən qızardılmış siçovul başının çıxmasıdır.

Milli.Az La Jornada-ya istinadən bildirir ki, aldığı hamburgerdə siçovul başını görən qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya düşüb. El Universal-ın məlumatına görə, o, polisə müraciət edərək günahkarların cəzalandırılmasını tələb edib. Ət parçalarının arasında siçovul başının olduğu hamburgerin fotoları sosial şəbəkələrdə yayılıb. MCDonald`s bütün ittihamları rədd edərək bildirib: “Bizim fastfudlar restoranları şəbəkəsinin başlıca siyasəti müştərilərə keyfiyyətli və təhlükəsiz qidanın təqdim olunmasıdır”.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05