Reklam: High Technic
hightechnic

Mədəniyyət Nazirliyinin səlahiyyətləri genişləndirildi

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir./Trend/

www.yenicag.az

3545