Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məhəmməd Zərif: “Biz ABŞ-a şərt qoymuruq, hörmət tələb edirik!”

“Biz ABŞ-a qarşı heç bir şərt irəli sürmürük. Sadəcə diplomatik münasibətlərdə qarşılıqlı hörmət tələb edirik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər naziri Məhəmməd Zərif bildirib.

“ABŞ ilə danışıqlar aparmaq üçün heç bir şərtimiz yoxdur. Ortaq qərarlar ala bilmək üçün qarşı tərəfin rəsmi Tehrana hörmətlə yanaşmasını istəyirik” – deyə İranlı diplomat qeyd edib.

Zərif İranın bank əməliyyatları və neft ixracını ABŞ sanksiyalarına qarşı qoruya bilmək üçün İngiltərə, Almaniya və Fransa tərəfindən hazırlanan mexanizmə işarə edərək, 5 noyabr tarixində qüvvəyə minəcək yeni sanksiyalara qarşı daha effektiv planlar üzərində işlədiklərini də diqqətə çatdırıb.

İran XİN rəhbəri ABŞ-ın sanksiyalarına baxmayaraq bir çox ölkənin Tehranla iqtisadi əlaqələrini davam etdirdiyini və sanksiyaların təsirindən qorunduqlarını da vurğulayıb.

Həşim Səhrablı

 

www.yenicag.az

2666
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100