Mehribandan onu Zeynəb Xanlarovaya verdiyi sözü tutmamaqda qınayanlara CAVAB

media-hightechnic-468x90

Əməkdar artist Mehriban Xanlarovanın yenidən ekspert kimi verilişlərə qayıtması xəbəri birmənalı qarşılanmayıb.

Üzun fasilədən sonra “sosial verilişdə iştirak edəcəyini bildirən aktrisa vaxtilə bibisi, dünya şöhrətli Zeynəb Xanlarovaya verdiyi sözü tutmadığına görə qınaq atəşinə tuş gəlib.

Əməkdar artist bununla bağlı Yenicag.az-a açıqlama verirb. Aktrisa onu qınayan insanlara cavab olaraq belə deyib:

“Bildiyiniz kimi, şəhid ailələrinin kədərinə hörmət əlaməti olaraq bir il yas saxladım və dedim ki, heç bir verlişə çıxmayacam. İndi isə uzun müddətdir televiziya verilişlərinə çıxmadığım üçün haqqımda söz-söhbətlər yayılıb ki, mənə qadağa qoyublar. Bütün bu söz-söhbətlərə son qoymaq üçün verilişə çıxacam. Qaldı ki, Zeynəb Xanlarovaya verdiyim sözə, narahat olmasınlar, mən icazəmi almışam”.

Xatarladaq ki, bir müddət öncə Əməkdar artist bibisi Zeynəb Xanlarovanın ona sosial verilişlərdə ekspert kimi iştirakına icazə vermədiyini demişdi.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600