“Məktəb dəftərlərin üstündə Messinin reklamı gedir, amma…”

media-hightechnic-468x90

87473“Bu gün məktəb dəftərlərin üstündə Messinin reklamı gedir, amma ayağında top yoxdur, əlində “Pepsi” var”.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, bu cür reklamlardan sonra məktəblilərin sərinləşdirici içkilərə marağı artır: “Məktəbli qazlı içkini görür, həvəslənir və gedib onu alır. Halbuki, bu içkilər insan orqanizminə ziyandır”.

Musa Quliyev alkoqollu içkilərin reklamına da münasibət bildirib. O qeyd edib ki, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır.

Deputat, ümumiyyətlə, spirtli içkilərin reklam edilməsinin əleyhinədir: “İctimai yerlərdə alkoqollu içkilərin reklam edilməsi üçün ayrılan yerlərə diqqət yetirilməlidir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa