Məktəbdə araşdırma başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakının Xətai rayonunda yerləşən 171 saylı orta məktəbdə baş verən biabırçı olayla bağlı araşdırmalara başlayıb.
Bu barədə idarənin mətbuat xidmətinin rəhbəri Arzu Tarıquliyeva məlumat verib.
A.Tarıquliyeva dedi ki, məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzovanın müəllimlərin adına götürdüyü kredit borclarını elə onların özünə məcburi şəkildə ödətdirməsi ilə bağlı məlumatlar araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hüquq müdafiəçisi Teymur Rza məsələ ilə bağlı araşdırma aparılması üçün təhsil naziri Mikayıl Cabbarova müraciət edib.
T.Rza virtualaz.org saytına dedi ki, Təhsil Nazirliyinə etdiyi müraciətlərə yalnız məsələ mətbuata çıxandan sonra reaksiya verilib.