Alen Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyil.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib. O bildirib ki, Azərbaycan və Türkiyə ilə sülhün tərəfdarıdır.
“Əgər kimsə başqa variant təklif etsə, mən dinləməyə hazıram”, – spiker deyib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var.
Bir çox məsələlərdə geriləmə olduğunu vurğulayan Simonyan “Görüş keçirirlərsə, bu, var deməkdir” deyib.
Xatırladaq ki, fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Xuraman Etibarlı
www.yenicag.az