Mənsimova qarşı etiraz başladı - İşçiləri ayağa qalxdı

media-hightechnic-468x90

“PalSüd ” MMC-nin işçiləri maaşlarının gecikməsinə etiraz olaraq kütləvi aksiyalar keçiriblər. Bu zavod milyarder Mübariz Mənsimovun şirkətlər qrupuna daxildir.

Bizimyol.info Haqqin.az-a istinadən xəbər verir ki, zavodun işçiləri artıq 8 aydır ki, maaş ala bilmirlər.

Xatırladaq ki, 20 gün əvvəl də süd qəbulu məntəqələrinin işçiləri küçələrə çıxaraq ümumilikdə 1 milyon manat həcmində maaş borcunun ödənilməsini tələb etmişdilər.

Zavodda baş verənlərlə bağlı artıq müvafiq dövlət qurumları məlumatlandırılıblar. Dünən zavodun bəzi işçiləri baş verənlər barədə söhbət etmək üçün polisə dəvət ediliblər.

Etirazçılardan biri olan Sahib Abdullayev bildirib ki, “Palsüd”-ün ona 27 min manat borcu var.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600