!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənsimovla Ələkbərovun 4 milyardlıq davası: "Borcumu ödəsin"

!Reklam – Yazi

“Palmali” şirkətlər qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov Rusiyanın 10 ən önəmli şirkəti arasında yer alan “LUKoil”in İsveçrədə yerləşən törəməsi “Litasco”nu ikinci dəfə məhkəmə verməyə hazırlaşır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən azərbaycanlı iş adamı Mənsimov “LUKoil”in 2 milyard dollarlıq təzminatdan qorxduğunu və “Litasco”nu satışa çıxartdığını qeyd edib. Onun sözlərinə görə, şirkətin birjaya çıxarılması saxtakarlıqdır.

Mənsimov “Palmali və “Litasco”nun 2005-ci il yanvarın 18-də “10+5” illik razılaşma çərçivəsində şirkətdən ümumi olaraq, 400 milyon dollarlıq gəmi satın aldığını, lakin şirkətin razılaşma şərtlərini pozduğunu dilə gətirib. İş adamı bu səbəbdən “Palmali”nin 4 milyard dollar ziyana düşdüyünü vurğulayıb.

İş adamı İngiltərədə yerləşən Ali Mülki Məhkəmədə cinayət işi açıldığını qeyd edib. Onun sözlərinə görə, bu məhkəmə bir cinayət işi açılmazdan əvvəl ən azı 8 aylıq dövrdə araşdırma aparır və ortada qanun pozuntusu olduğu halda cinayət işi açılmasına icazə verir.

Mənsimov müddəti 2020-ci il yanvarın 18-də bitəcək razılaşma çərçivəsində “Litasco”nun hər ay 400 və 700 tonluq neft və neft məhsullarıyla Qara dəniz və Xəzər dənizindən istifadə etməklə “Palmali”yə 110 milyon dollara 10 ədəd 6 min tonluq çay tankeri, 64 milyon dollara 3 ədəd 33 min tonluq gəmi və 265 milyon dollara 10 ədəd buzqıran gəmisi satdığını bildirib:

“4 milyard dollarlıq ziyana düşmüşük. Razılaşmaya əsasən, bütün ziyan ödənməlidir. 2010-cu ildə “LUKoil” ilə Xəzər dənizində daşınma üçün imzaladığımız “10+10” illik ikinci razılaşmanı təktərəfli başa vurdular. Bunun üçün də “LUKoil”u ikinci dəfə məhkəməyə verməyə hazırlaşırıq. “LUKoil”un tələm-tələsik “Litasco”nu satışa çıxartması bizi maraqlandırmır. Borcumuzun ödənilməsi prosesini təqib edəcəyik. Əks təqdirdə, bu prosesi qazandıqdan sonra əmlakın müsadirə edilməsi üçün yeni bir məhkəmə işinə başlayacağıq. Vəkillər ən geci 3-4 ay sonra bizimlə eyni masa arxasında oturmağa məcbur qalacaqlarını deyirlər. Çünki itirdikləri gözlədiklərindən daha çox olacaq. Bu məhkəmə işini uduzacaqlar. Gələn pulu isə Türkiyədə gəmi və turizm sektoruna yatırmağı düşünürük”.

Aydan Axundova

COP29

www.yenicag.az

2272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv