“Mərkəzi Bank öz sözünün üstündə dayanmadı”

media-hightechnic-468x90

vahid_ehmedovMillət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, bəzi həmkarlarım makroiqtisadi göstəriciləri bilmədən ağızlarına gələnləri danışırlar.

Onun sözlərinə görə, Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi: “Lakin devalvasiyanın aparılma yolları var idi. Bütün MDB məkanında milli valyutaların hamısı dəyərdən düşüb. Lakin Azərbaycan öz milli valyutasını uzun müddət qoruyub saxlaya bildi. Azərbaycan manatının yumşaq devalvasiyası həyata keçirilməli idi. Lakin təəssüf ki, manatın birdən-birə 34 faiz dəyərdən düşdü. Mərkəzi Bankla daim əlaqəli şəkildə işləyirdik. Manatın dəyərdən düşməsindən iki gün əvvəl bizə deyilmişdi ki, devalvasiya 85-90 qəpik arasında olacaq. Təəssüf ki, Mərkəzi Bank öz sözünün üstündə dayanmadı”.

Millət vəkili bildirib ki, bu çox ciddi bir prosesdir və əhalinin müəyyən hissəsinə öz mənfi təsirini göstərəcək: “Süni qiymət artımı nəyin ki, paytaxtda eləcə də bölgələrdə də hiss olunmağa başlayıb. Buna görə də süni qiymət artımına qarşı mübarizə ilə bağlı aidiyyəti qurumlar tədbirlər planı hazırlamalıdır. Eyni zamanda bankalarda olan depozitlərin dəyərdən düşməməsi üçün də yollar axtarmaq lazımdır. Bütün bu narazılıqlar Mərkəzi Bankın səhvidir. Ona görə də bütün cavabdehliyi onlar daşıyır”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, milli valyutanın məzənnəsinin dəyişməsi bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatçılıq doğurur. Komitə sədri bildirib ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi bu prosesə təsir edən amillərdən biridir: “2015-ci ilin dövlət büdcəsində neftin 1 bareli 90 dollar nəzərdə tutulsa da, hazırda bu göstərici 60 dollar civarındadır. 60 dollarlıq göstərici ilin sonun qədər qalsa, Azərbaycan dövlət büdcəsinin itkisi 6-7 milyard manat olacaq. Manatın sabit qalması üçün Mərkəzi Bank ildə 2-2.5 milyard investisiya yatırır. Ekspertlər haqlı olaraq qeyd edirlər ki, bu proses uzun müddət davam edə bilməz. Çünki bu prosesin uzun müddət davam etməsi bankların ehtiyatının tükənməsinə gətirib çıxara bilər. Son 10 ildə Azərbaycan iqtisadiyyatı çox inkişaf edib və istəməzdim ki, həmin inkişafa kölgə salaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600