!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın FAİZ BALANSI: “Maliyyə sektorunda bir saata əldə edilən mənfəət...” – Professordan TƏKLİF

!Reklam – Yazi

“Özəl sektorun investisiya artımını stimullaşdırmaq üçün pul-kredit siyasətində köklü islahatlar aparılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Dünya iqtisadiyyatında struktur böhran və Azərbaycan: çağırışlar, perspektivlər” mövzusuna həsr olunan onlayn seminarda çıxışı zamanı İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Elşad Məmmədov qeyd edib ki, bank-maliyyə sektoru üzrə iqtisadiyyatın inkişafında dövlətin rolu kəskin şəkildə artırılmalıdır və çoxkonturlu pul-kredit sisteminə keçidə ehtiyac var:

“Bugünkü şəraitdə bütöv iqtisadiyyatı yalnız Mərkəzi Bank tərəfindən bir göstərici ilə maliyyələşdirmək olduqca arxaik və qeyri-effektiv bir yanaşmadır. Əgər maliyyə sektorunda bir saat ərzində əldə ediləcək mənfəət real sektorda üç ilə əldə edilmirsə, deməli, bu sahələrin eyni faizlə maliyyələşdirilməsi düzgün addım deyil.

Təsadüfi deyil ki, mövcud şəraitdə bu sahələr üzrə ciddi problemlərlə üz-üzəyik. İnvestisiya artımı baxımından müsbət dinamikaya sahib olmalıyıq. Təəssüf ki, bu il kapital qoyuluşlarında azalma müşahidə olunur. Özəl sektorun investisiya artımını stimullaşdırmalı və bunun üçün pul-kredit siyasətində köklü şəkildə islahatlar aparılmalıdır”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1452
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv