Məşhur aktyorlar Azərbaycana gələcəklər
Türkiyənin sevilən simaları aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən Azərbaycana təşrif buyuracaqlar.
Bu haqda Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu xanım məlumat verib: “Nizami Kino Mərkəzində “Eşq sənə bənzər” filminin qala gecəsi baş tutacaq. Həmin gecəyə ekran işinin yaradıcı heyəti ilə yanaşı aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən də qatılacaq. Qala gecəsi yanvarın 29-da gerçəkləşəcək”.
Qeyd edək ki, filmin prodüseri aktyor Burak Özçivitin özü, rejissoru isə Tanər Elxandır(sia).