İngilis müğənni FKA Twigs ilə “Calvin Klein” reklamı şikayətlər səbəbiylə qadağan edilib.
Yenicag.az xəbər verir ki, müvafiq materialı “Daily Mail” nəşri dərc edib. Bildirilir ki, Amerikanın “Calvin Klein” brendinin britaniyalı müğənni FKA Twigsin yer aldığı reklamı şikayətlərə görə qadağan edilib.
Söhbət 2023-cü ilin aprelində buraxılan və ifaçının çılpaq bədəninin üzərində cins köynəkdə poza verdiyi “Kelvinlər ya heç nə” yazısı olan posterdən gedir. Eyni zamanda, paltar ulduzun sinəsinin, ombasının və budunun bir hissəsini açıb.
Məlumata görə, Böyük Britaniyanın Reklam Standartları İdarəsi (ASA) fotonun “həddindən artıq seksuallaşdırıldığı”, təhqiredici və məsuliyyətsiz olduğu barədə iki şikayət alıb.
“Biz hiss etdik ki, obrazın kompozisiyası izləyicilərin diqqətini reklam olunan geyimə deyil, modelin bədəninə yönəldir. Buna görə də biz belə nəticəyə gəldik ki, reklam məsuliyyətsizdir və çox güman ki, ciddi pozuntuya səbəb ola bilər”, – ASA öz qərarını izah edib.
Xuraman Etibarlı
www.yenicag.az