Məşhur qrup ağır qəzaya düşdü

Rusiyanın tanınmış “Piknik” rok qrupu qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qrup üzvlərini daşıyan “Volkswagen” markalı mikroavtobus “Honda” avtomobili ilə toqquşub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan musiqiçilər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.